Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi

Nikaha daxil olmaq istəyən şəxslər müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçirlər.


Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilir.


Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir.


Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını, tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.


Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların Qeydiyyat (zaqs) orqanına nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunur.


Müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz.


Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.


Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.


Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.


Hər zaman yazdıqlarımdan daha tez xəbərdar olmaq üçün saytıma abunə olmağınız kifayətdir. Ümid edirəm, məlumatlar Sizin üçün faydalıdır.


Unutmayın ! Hüquqi məsləhətə ehtiyacınız olduğu vaxtda sadəcə +994 55 588 51 51 mobil nömrəsinə zəng edib, konsultasiyaya qoşula bilərsiniz.

#rahimovasevinj #hüquqşünas #ailəqanunvericiliyi #qanunqayda #hərgünhüquq

Просмотров: 7Комментариев: 0

Недавние посты

Смотреть все

Yalan məlumat

⚠️Sahibkarlar bəzən maliyyə vəziyyətləri ilə bağlı yalan (pərdələnmiş) məlumatlar göstərməklə qanunsuz kredit əldə edirlər. ❗️Sahibkar unutmasın ki, bu əməli nəticədə həm cinayət, həm də mülki məsuliy

© 2020 Sevinj Rahimova. Bütün müəllif hüquqları qorunur.