SƏADƏT SARAYI

Məşhur milyonçu Murtuza Muxtarov öz həyat yoldaşı Liza xanımı çox sevirmiş, onu tez-tez özü ilə Avropaya səyahətə apararmış. Bir dəfə onlar Venesiyada gəzərkən olduqca yaraşıqlı və əzəmətli bir bina görürlər. "Belə binada yaşayanlar necə də xoşbəxtdirlər!" – deyə Liza heyranlığını əri ilə bölüşür. Bu mənzərəni sakitcə seyr edən Murtuza bəy heç nə demir. Bakıya qayıtdıqdan sonra milyonçu Venesiyaya adam göndərib həmin binanın dəqiq surətini əks etdirən çertyojları gətizdirir. 1912-ci ildə binanın tikintisi başa çatır.



Bir gün Murtuza Muxtarov gəzinti adı ilə Liza xanımı faytona mindirib binanın qarşısına gətirir. Heyrətindən nə deyəcəyini bilməyən qadın, binanın qapısında qulluqçularının onları qarşıladığını görüncə və sarayın ona bağışlandığını eşidincə sevincinin həddi-hüdudu olmur. Bakı milyonçusu xanımı ilə bu sarayda 1920-ci ilə qədər yaşayır. Azərbaycanda sovet rejimi qurulduqdan sonra saray bolşeviklərin ixtiyarına keçir. Evinə 3 nəfər rus zabitinin soxulduğunu görən Muxtarov bu rüsvayçılığa dözməyərək əvvəlcə onları, sonra isə özünü güllələyir.


Oktyabr inqilabından sonra bina Əli Bayramov adına Qadın klubu, daha sonra isə Şirvanşahlar muzeyi kimi fəaliyyət göstərib. Daha sonralar uzun illər Nigah evi kimi istifadə olunmuşdur.



Bina 1911-1912-ci illər abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli, 132 nömrəli qərarı ilə "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilmişdir. Həmin siyahıda abidənin inventar №-si 149-dur.

Saray Bakının mərkəzində, Murtuza Muxtarov və Əhməd Cavadın adını daşıyan küçələrin kəsişməsində, M.Muxtarov küçəsi 6 ünvanında yerləşir.




#rahimovasevinj #hüquqşünas #səadətsarayı #bakınikahevi #nikah

Просмотров: 44Комментариев: 0

Недавние посты

Смотреть все

Yalan məlumat

⚠️Sahibkarlar bəzən maliyyə vəziyyətləri ilə bağlı yalan (pərdələnmiş) məlumatlar göstərməklə qanunsuz kredit əldə edirlər. ❗️Sahibkar unutmasın ki, bu əməli nəticədə həm cinayət, həm də mülki məsuliy

© 2020 Sevinj Rahimova. Bütün müəllif hüquqları qorunur.